Sandra O

Sandra O

Aktrisa

BİOQRAFİYA

Sandra Micu O – kanadalı aktrisadır. Daha çox ABC telekanalında yayımlanan “Ehtirasın anatomiyası” serialında doktor Kristina Yanq rolu ilə məşhurdur. Həmin rol ona “Qızıl Qlobus” və ABŞ kinoaktyorları Gildiyasının mükafatını qazandırıb. 20 iyul 1971-ci ildə Ottava şəhərində (Kanada) anadan olub. Valideynləri Seulda evləniblər. Onlar magistraturaya daxil olduqdan sonra (Torontoda) Kanadada daimi yaşayış hüququ qazanıblar. Sandra O karyerasına balet rəqqasəsi kimi başlayıb. Sonradan Monreal teatr məktəbində dram sənətinin incəliklərini öyrənməyə başlayıb. Kursları başa vurduqdan sonra Devid Mametin “Oleanna” tamaşasında (Ontarioda) səhnəyə çıxıb. Qardaşı Toronto Universiteti və Ontario Xərçəng Xəstəliyinə qarşı Mübarizə İnstitutunun məzunudur, tibbi genetika ixtisası üzrə aparıcı mütəxəssisdir. Bacısı isə vəkildir, Vankuverdə yaşayır. Kinoda ən uğurlu rollarından biri 2004-cü ildə ekranlara çıxmış “Yol kənarında” filmində oynadığı rol sayılır. Peyn 12 iyul 2018-ci ildə “Yevanı öldürmək” serialında oynadığı rola görə, “dram serialında ən yaxşı aktrisa” nominasiyasında “Emmi” mükafatı qazanmış ilk asiyalı aktrisa kimi tarixə düşüb. Həmin rola görə eyni zamanda “Qızıl Qlobus” mükafatını alıb. 2003-cü ildə rejissor və ssenarist Aleksandr Peynə ərə gedib. Cütlük 2006-cı ilin dekabr ayında yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E,_%D0%A1%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç