Lüsi Lyu

Lüsi Lyu

Aktrisa

BİOQRAFİYA

Lüsi Aleksis Lyü – amerikalı aktrisa, prodüser və rejissordur. 1998-2002-ci ildə yayımlanmış “Elli Makbil” serialında Linq Vo rolu ilə tanınmağa başlayıb. Həmin rola görə “Komediyada ən yaxşı ikinci dərəcəli qadın rolu” nominasiyasında “Emmi” mükafatına və ABŞ kinoaktyorları gildiyası mükafatına namizəd olub. Həmçinin “Çarlinin mələkləri” və “Çarlinin Mələkləri: Ancaq İrəli” filmlərində oynadığı rollara görə tanınır. Bundan başqa “Billi öldürməli” və “Billi öldürməli 2”, “Çikaqo” filmlərində müxtəlif obrazları canlandırıb. Məşhur “Kunq Fu Panda” cizgi filmində personajlardan birinin səsləndirilməsində iştirak edib. Son işlərindən biri “Elementar olaraq” kriminal detektiv serialında Coan rolu olub. Aktrisa 2 dekabr 1968-ci ildə Nyu-York şəhərində anadan olub. Ailəsinin son beşiyidir. Lüsinin valideynləri ABŞ-a Tayvandan mühacirət edib. Anası Sesiliya biokimyaçı, atası Tom Lyü inşaatçı olub. Beş yaşında olanda ingilis dilini öyrənməyə başlayıb, ona qədər qədər çin dilində danışıb. 1986-cı ildə orta məktəbi bitirib. Daha sonra Nyu-York Universitetinə daxil olsa da, çox keçmədən Miçiqan Universitetinə köçürülüb. Orada Asiya dilləri və mədəniyyəti ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. İngilis dilindən savayı, çin, yapon, ispan və italyan dillərində danışa bilir. 2015-ci ildə Lüsi surroqat ananın vasitəçiliyi ilə Rokvel adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D1%8E,_%D0%9B%D1%8E%D1%81%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç