Endrü Birkin
Ssenarist, rejissor
Endrü Birkin 9 dekabr 1945-ci ildə Londonda (İngiltərə) anadan olub. Atası 3-cü dərəcəli kapitan Ceyn Birkin, anası aktrisa Cudi Kempbell olub. Bacısı tanınmış aktrisa Ceyn Birkindir. 17 yaşında olanda "20th Century Fox" kinoşirkətində kuryer işləməyə başlayıb. 1965-ci ildə amerikalı rejissor Stenli Kubrikin rəhbərliyi altında işləməyə başlayıb, texniki personalın tərkibində “Kosmik odissey 2001” filminin istehsalında iştirak edib. 1966-1968-ci illərdə Kubriklə əməkdaşlığını davam etdirib və karyera yüksəlişinə nail olub. 1967-ci ildə “The Beatles” qrupunun “Sehrli Sirli Səyahət” filminin yaradılmasında rejissor köməkçisi olaraq iştirak edib. Daha sonra prodüser Devid Puttnemin sifarişi ilə ssenari yazmağa başlayıb. 1998-ci ildə fransalı dahi rejissor Lük Bessonla birgə, sonuncunun çəkdiyi “Janna Dark” bioqrafik-tarixi dramının ssenarisini yazıb. 2004-cü ildə Patrik Züskandın “Əttar” bestseller romanının ekran adaptasiyasını hazırlayan ssenaristlərdən biri olub. Rəssam Karin Birkinlə evlidir. 2008-ci ildə Emili adlı qızları doğulub. Əvvəlki nikahdan 3 övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Birkin