Cessi Perets

Cessi Perets

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cessi Perets 19 may 1968-ci ildə Birləşmiş Ştatlarda anadan olub. Bas gitaraçı və Massaçusets ştatında 1986-cı ildə yaradılmış "The Lemonheads" qrupunun təsisçi üzvü kimi məşhurlaşıb. Qrupun "İts a Shame About Ray" adlı populyar albomunun çıxması ərəfəsində musiqi fəaliyyətini dayandırsa da, qrupun fotoqrafı olub. Musiqi karyerasını bitirməsindən sonra, rejissor və prodüser olaraq fəaliyyət göstərməyə başlayıb. İlk əvvəl qısametrajlı bədii filmlərə və televiziya reklamlarının çəkilişlərinə rəhbərlik edib, daha sonra musiqi klipləri çəkməyə başlayıb. Ardınca tammetrajlı bədii film və seriallar çəkməyə başlayıb. Son rejissor işlərinə “Bizim Sarsağ Qardaşımız” komediyası və “Qızlar” adlı teleserial daxildir. Nik Horbinin “Culyet” romanı əsasında ekran üçün adaptasiya etdiyi “Çılpaq” bədii filmi 2018-ci ildə Sandens Kino Festivalında təqdim olunub. Daha çox “Bizim Sarsağ Qardaşımız” (2011), “Qəsr” (2001) filmləri və “Qızlar” (2012-2017) serialına görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jesse_Peretz

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç