Qaret Evans

Qaret Evans

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Qaret Hau Evans – uelsli kinorejissor, prodüser və ssenaristdir. Hazırda İndoneziyada yaşayır və fəaliyyət göstərir. Evans 1980-ci ildə Uelsin Hayron şəhərində dünyaya göz açıb. Cənubi Uels Universitetində kinodramaturgiya üzrə magistr dərəcəsi əldə edib. Evansın ilk rejissor işləri kiçikbüdcəli “Monoqatari Samurayı” və “Addımlar” filmi sayılır. Onlardan sonra malay pençak silat döyüş növü haqqında sənədli filmin ştatdan kənar rejissoru kimi fəaliyyət göstərib. Çəkiliş zamanı çox istedadlı döyüşçü şagird İko Yuvans diqqətini cəlb edir. Qaret ona əlbəyaxa döyüş üzrə filmə baş rola çəkilməyi təklif edir. İko razılaşsa da, sonradan verdiyi müsahibələrdə, əvvəl Evansın bu təklifini ciddi olaraq qəbul etmədiyini etiraf edib. Çünki İko həmin vaxt adi kuryer işləyirdi, kinokaryerasının yuxusunda belə görə bilməzdi. Ancaq onun iştirakı ilə ekranlara çıxan “Reyd” və “Reyd 2” filmləri həm seyrcilərin həm də tənqidçilərin simpatiyasını qazanıb. Rejissor Maya Barak Evansla evlidir. Həyat yoldaşı və qızı Sofiya ilə Cakartada yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gareth_Evans_(director)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç