Lüsi Boynton

Lüsi Boynton

Aktrisa

BİOQRAFİYA

Lüsi Boynton 17 yanvar 1994-cü ildə Nyu-Yorkda (ABŞ) tanınmış ingilis jurnalist Qrem Boynton və onun həyat yoldaşı Adriana Pyelunun ailəsində anadan olub. Özündən böyük Emma Luiza adlı bacısı var. Beş yaşı olanda ailəsi Nyu-Yorkdan Londona geri dönüb. Lüsi yalnız qızlar üçün nəzərdə tutulan özəl məktəblərdə təhsil alıb. İlk peşəkar rolunu “Miss Potter” filmində oynayıb (gənc Beatris Potter). Daha sonra televiziyada baş rollara dəvət olunub: 2007-ci ildə “Ballet çəkmələri” filmində balet ifaçısı Pouzi Fossil, 2009-cu ildə Ceyn Ostinin romanı əsasında çəkilmiş “İdrak və hisslər” serialında Marqaret rolunu oynayıb. 2011-2014-cü illərdə “Borcia” tarixi dramının müxtəlif epizodlarında görüntülənib. 2015-ci ildə BBC-nin istehsalı olan çoxseriyalı “Kvadrat həyat” serialına çəkilib. “Blumsberi” qrupunun həyatından bəhs edən serialında Vanessa Bell və Dunkan Qrant adlı rəssam cütlüyünün qızı Angelika Bell rolunu oynayıb. 2016-cı ildə “Sinq Strit” musiqili melodramında yeni başlayan model Rafina rolunda çıxış edib. Paralel olaraq “İki dəfə döymə” adlı qorxu filmində mərkəzi rola çəkilib. 2017-ci ildə dahi ABŞ yazıçısı Cerom Selincerin “Çovdarlıqda Uçurumdan Qoruyan” romanın ekran adaptasiyasında mərkəzi rollardan birinə dəvət olunub. 2018-ci ildə ekranlara çıxan “Bohem Rapsodiyası” biopikində Fredi Merkurinin sevgilisi Meri Ostin rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lucy_Boynton

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç