Qari Skott Tompson

Qari Skott Tompson

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Qari Skott Tompson – amerikalı ssenarist, prodüser və rejissordur. Tompson daha çox “Forsaj” franşizasından olan filmlər, “Gözəgörünməz adam”, “Sayılı saniyələr”, “88 dəqiqə”, “K-911. İt işi” və “K-9 III: Şəxsi xəfiyyələr” filmləri üzərində gördüyü işə görə tanınır. “Las-Veqas” serialının yaradıcısı və icraçı prodüseri olub. Eyni zamanda sözügedən teledramın 4 epizoduna rejissorluq edib, epizodik rola çəkilib. 1980-cı illərin məşhur “Yolların cəngavəri” serialının remeykinin icraçı direktoru olub. Ssenaristin uşaqlığı Amerikanın Samoa adasında keçib. Uşaqlıqdan aktyorluğa meyl salan Tompsonun kumiri Pauers But olub. Ancaq iş elə gətirib ki, aktyorluq sahəsində o qədər də uğur qazanmayıb və ssenaristliyə maraq göstərib. Daha sonra Nyu-York İncəsənət Universitetində magistr dərəcəsini əldə edib və dramaturq vəzifəsində çalışmağa başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gary_Scott_Thompson

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç