Rob Koen

Rob Koen

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Robert “Rob” Koen - amerikalı aktyor, kinorejissor, ssenarist və prodüserdir. Böyük kinoda daha çox “Əjdaha ürəyi” (Dragon Heart, 1996), “Stels” (Stealth, 2005), “Qaçan Adam” (The Running Man, 1987), “Mumiya: İmperatorun sərdabəsi” (2008) filmləri üzərində gördüyü işə görə tanınır. Əslən yəhudidir. 12 mart 1949-cu ildə ABŞ-ın Kornvole şəhərində anadan olub. Uşaqlığı Hyuberq şəhərində keçib. 1967-ci ildə Hyuberq akademiyasının məzunu olub. Daha sonra ali təhsilini Harvard Universitetində davam etdirib. 2006-cı ildən Barbara Larderlə evlidir. 2008-ci ildə cütlüyün Ceyzi, Şona və Zoi adlarında üçəmləri olub. Koenin həmçinin əvvəlki evliliyindən 1987-ci il təvəllüdlü oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%8D%D0%BD,_%D0%A0%D0%BE%D0%B1

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç