Florian Zeller
Ssenarist, rejissor
Florian Zeller 28 iyun 1979-cu ildə Parisdə (Fransa) anadan olub. Parisin Politexnik Tədqiqatlar İnstitutunu bitirib. Məzun olduqdan sonra ədəbiyyat müəllimi işləməyə başlayıb. “Süni qar” adlı ilk romanını 22 yaşında nəşr etdirib. Həmin kitaba görə “Hachette” fondunun mükafatını qazanıb. Növbəti romanları, “Les Amants du n’importe quoi” (2003) və “La Fascination du pire” (2004) Şahzadə Pyres Fondu mükafatı və “İnteralye” mükafatı ilə təltif olunub. Sonradan Zeller prozadan dramaturgiyaya üz tutub və qısa zamanda zirvələrə yüksəlib. Onun pyesləri bir çox dillərə tərcümə olunur, Fransa hüdudlarından kənarda yerləşən tamaşalarda da bu günə kimi oynanılır. 2016-cı ildə "The Guardian" nəşri Zelleri “Ən parlaq gələcəyi olan gənc dramaturq” kimi qələmə verib. Hazırda yazıçı həyat yoldaşı – aktrisa Marin Deltermlə birlikdə Parisdə yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: