Mirzə Ağabəyli

Mirzə Ağabəyli

Ağabəyli Mirzə Qasım oğlu — azərbaycanlı aktyor.

BİOQRAFİYA

Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüsser mərkəzində koordinator vəzifəsində çalışıb. 2008-ci ildə yenidən Akademik Milli Dram Teatırına dəvət olunub. 2009-cu ildə Azərbaycan kinosunun yaranmasının 111 illiyi ilə əlaqədar Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç