Sandrin Kiberlen
Aktrisa
Sandrin Kiberlen 25 fevral 1968-ci ildə Bulon-Biyankure şəhərində (Fransa) anadan olub. Sandri polşalı yəhudilərin nəslindəndir. Əcdadları 1933-cü ildə Fransaya pənah gətirib. Atası – mühasib və dramaturq David Dekka olub. Sandrin Paris litseyini bitirdikdən sonra Cours Florent aktyorluq məktəbində oxuyub. Daha sonra Fransanın Ali Dram İncəsənət Konservatoriyasında (1989-1992) dram sənətinin incəliklərinə yiyələnib. Təhsil ocağında Daniel Mesqişin tələbəsi olub. Sandrin Kiberlen kinoda hələ tələbə olduğu illərdə debüt edib. 1986-cı ildə “Fərdi dərslər” filminə çəkilib. Həmin il eyni zamanda “Çarli Spenseri qaçırıblar” filmində kiçik rol oynayıb. 1990-cı ildə Jan-Pol Rappnonun əfsanəvi “Sirano de Berjerak” filmində Kolettanın bacısı rolunu oynayıb. 1995-ci ildə bir neçə epizodik roldan sonra rejissor Erik Roşanın “Vətənpərvərlər” (1994) adlı siyasi trillerində fahişə Sandrin Kiberlen roluna görə “Sezar” mükafatına layiq görülüb. 2014-cü ildə Albert Düpontelin “9 ay ciddi rejim” filmində hakim rolunu oynayıb. Həmin rol ona 2015-cü ildə ən yaxşı aktrisa nominasiyasında ikinci dəfə “Sezar” mükafatı laureatı olub. Şəxsi həyatına gəlincə 1993-cü ildə Kiberlen çəkiliş meydançasından Vensan Lindonla tanış olub. 1998-ci ildə onlar münasibətlərini rəsmiləşdiriblər. Lakin on ildən sonra Vensan və Kiberlen yollarını ayırıb. Cütlüyün həmin nikahdan 2000-ci il təvəllüdlü qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%B1%D0%B5%D1%80%D0%BB%D0%B5%D0%BD,_%D0%A1%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B8%D0%BD