Daniel Otoy

Daniel Otoy

Aktyor, rejissor

BİOQRAFİYA

Daniel Otoy 24 yanvar 1950-ci ildə Əlcəzairdə anadan olub. Aktyor ailəsində böyüyüb. Uşaqlıqda opera müğənnisi olmağı arzulayıb. Habelə litseydə oxuduğu illərdə Çexovun “Təklif” tamaşasında oynadıqdan sonra dram aktyorluğuna marağı artıb. Dram İncəsənət Konservatoriyasına qəbul imtahanından kəsilsə də, sonradan Floran kurslarına daxil olur. Daha sonra müxtəlif teatr antrepizlərində, o cümlədən Xalq Teatrında çıxışları olur. Həmin teatrın rejissoru Jirar Pires onun oyununu bəyənir və 1974-cü ildə “Aqressiya” filminə çəkilməyi təklif edir. Aktyor böyük ekranlarda adıçəkilən filmdə debüt etdikdən sonra rejissorun növbəti – “Gözlərinizi qoruyun” (1975) filmində də rol alır. Daha sonra Klod Zidi onu “Gicbəsərlər imtahanda” (1980) və “Gicbəsərlər yay tətilində” (1982) komediyalarına çəkir. İlk ciddi rolu ona 1982-ci ildə Eduar Molinaro “Milyon pul deyil” filmi üçün təklif edib. Orada ipə-sapa yatmayan qanqster rolunu oynayıb. Daha sonra Molinaronun “Gizli məhəbbət” filmində rol alır. Filmin çəkilişlərində tərəf-müqabili olan Emmanuel Bearla eşq macərası yaşayıb. Onların harmonik dueti Klod Berrinin diqqətini cəlb edir. Ona görə cütlüyü “Jan de Florett” (1986) və “Mənbənin Manonu” filminin çəkilişlərinə dəvət edir. Hər iki sənətçi filmdəki yüksək performanslarına görə “Sezar” mükafatı ilə təltif olunur. Növbəti illərdə Emmanuel Bearla əməkdaşlığı davam etdirir. Onunla birlikdə “Qeyri-daimi cütlük” tamaşasında çıxış edib, ardınca “Qışda ürək” (1992), “Fransız qadın” (1995) filmlərinə çəkiliblər. Ancaq sonradan aktyor və aktrisa kinodakı yollarını ayırırlar. Otoy özünü müxtəlif janrlarda sınaqdan keçirir. “Lasner” tarixi dramında, “Mənim sevimli şəhərim” (1993) melodramında, “Ayrılıq” (1994) romantik dramına çəkilir. Aktyorun xidməti siyahısında ümumilikdə 90-dan çox rol var. Kann Kino Festivalı qalibidir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%82%D1%91%D0%B9,_%D0%94%D0%B0%D0%BD%D0%B8%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç