Tom İrvin
Aktyor
Tom İrvin 1 iyun 1956-cı ildə Preoriya şəhərində (İllinoys ştatı, ABŞ) anadan olub. İllinoys ştat Universitetinin məzunudur. Karyerasına 70-ci illərdə qədəm qoyub. Steppenwolf Theatre Company teatr şirkətinin təsisçilərindən biridir. 30-dan çox tamaşalarda iştirak edib. 1990-cı ildə “Qəzəb” pyesində oynamaqla brodvey debütünü həyata keçirib. İrvin daha çox televiziyada uğurlu olub. 1991-ci ildə “Mənim həyatım və zaman” teleserialında baş rola çəkilib. 1994-1995-ci illərdə “Mənim dırnaqarası həyatım” serialında Bess Armstronqun əri və Kler Densin atası rolunu oynayıb. Böyük ekranlarda ən əlamətdar rolları 1991-ci ilin “Yalan” və 1993-cü ilin “Mister Cons” filmi sayılır. “Çayna-Biç”, “Mələyin toxunuşu”, “Freyzer”, “Təcili Tibbi Yardım,”, “Xəfiyyə”, “Sağ Qalmaq” və “Ehtiras anatomiyası” kimi serialların çəkilişi və səsləndirilməsində iştirak edib. 2007-2010-cu illərdə “Qreysi xilas edin” serialında Holli Hanterin tərəf-müqabili olub. 2013-cü ildə “Hiyləgər xadimələr” serialında baş antoqonist rolunda çıxış edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D1%80%D0%B2%D0%B8%D0%BD,_%D0%A2%D0%BE%D0%BC