Delroy Lindo

Delroy Lindo

Aktyor, prodüser

BİOQRAFİYA

Delroy Corc Lindo 18 noyabr 1952-ci ildə İngiltərənin paytaxtı Londonda yamaykalı mühacirlərin ailəsində anadan olub. Anası tibb bacısı idi, atasının daimi iş yeri olmayıb. Yeniyetməlik illərindən Kanadanın Toronto şəhərinə köçüb. 16 yaşında olanda daimi ünvanını San-Fransiskoya dəyişib. 1976-cı ildə “Qızı tapmalı” filmində kinodebütünü edib. Daha sonra “Yeni Amerika qraffitisi” (1979) filmində rol alıb. Ondan sonra 10 il ərzində kinodan uzaqlaşıb və özünü teatra həsr edib. 1982-ci ildə Master Harold pyesində Brodvey debütünü həyata keçirib. 1988-ci ildə “Toni” mükafatına namizəd olub. 1990-cı ildə “Qəhrəmanların qanı” adlı elmi-fantastik döyüş filminə çəkilib. 1994-cü ildə “Kruklin” dramında rol alıb. “60 saniyəyə qarət”, “Bəstəboyu tapın”, “Qarşıdurma”, “Minnesotanı duyarkən”, “Romeo ölməlidir”, “Qarət” filmlərində oynadığı rollarla məşhurlaşıb. İlk əlamətdar rolu “Qızı tapmalı” filmində Sem rolu sayılır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Delroy_Lindo

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç