Mixael Noer
Rejissor, ssenarist, prodüser
Mixael Noer 1978-ci ildə Danimarkada anadan olub. 2003-cü ildə Danimarka Milli Kino Məktəbinin məzunu olub. Tobias Lindholmla birlikdə lentə aldığı “R” adlı debüt tammetrajlı bədii filmi, həmçinin “Vestbero” (2007) və “Çılğın Ürəklər” (2008) sənədli filmləri onu öz dövrünün ən nüfuzlu rejissorlarından birinə çevirib. “R” filmi çoxsaylı kino mükafatları, o cümlədən, Göteborq və Mumbay kino mükafatları ilə təltif olunub. Daha çox “R” (2010), “Şima-Qərb” (2013), “Evin güzgüsü” (2015), “For Frosten” (2018) filmlərinin rejissoru kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: