Qas Van Sent

Qas Van Sent

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Qas Van Sent (kiçik) 24 iyul 1952-ci ildə ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində anadan olub. Holland mühacirlərinin nəslindəndir.Təhsilini Rod-Aylend incəsənət məktəbində alıb. Oradan həm rəssamlıq, həm də kino üzrə təhsil alıb. Eyni zamanda musiqi bəstələməyə başlayıb. Sonradan kifayət qədər populyar olmuş “Talking Heads” qrupunun üzvləri Devid Birn, Tina Veymaut və Kris Frans onun sinif yoldaşları olub. 1980-ci ildə Portlendə köçərək Uilyam Berrouzla tanış olub və qısaömürlü “Destroy All Blondes” qrupunu yaradıb. 90-cı illərdə Devid Boui və "Red Hot Chili Peppers" qrupu üçün bir neçə mahnı klipi çəkib. Tammetrajlı filmdə rejissor və ssenarist olaraq debütünü 1985-ci ildə gerçəkləşdirib. Homoseksualların həyatı haqqında ağ-qara “Axmaq gecə” dramını ərsəyə gətirib. Həmin film Van Senti kult rejissora çevirib. Növbəti böyük uğuru 1989-cu ildə ekranlara çıxan, Mett Dilonun baş rola çəkildiyi “Aptek kovboyu” filmi sayılır. 1991-ci ildə Kianu Rivz və River Feniksin baş rola çəkildiyi “Mənim şəxsi ştatım Aydaho” road-muvi üslubunda olan macəra filmini Venesiya Kinofestivalında təqdim edib. Film çox keçmədən Van Senti canlı klassikə çevirib. Təqdimatdan iki il sonra baş rolu oynayan River Feniks narkotik vasitə ilə zəhərlənmədən dünyasını dəyişib. XXI əsrdə daha çox “Qorxma, uzağa getməz” (2018), “Harvi Milk” (2008), “Paranoid Parkı” (2007) filmləri ilə yadda qalıb. Karyerası ərzində ümumilikdə 50 filmin rejissoru olub. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Gus_Van_Sant

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç