Udo Kir

Udo Kir

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Udo Kir (Udo Kir) 14 oktyabr 1944-cü ildə Almaniyanın Köln şəhərində anadan olub. Doğumundan bir gün sonra şəhərin bombardmanı nəticəsində möcüzəvi şəkildə sağ qalıb. Anası yeni doğulmuş körpəsi ilə beş dəqiqəlik doğum evindən çölə çıxıb və çox keçmədən təyyarədən buraxılan bomba binanı darmadağın edib. Uşaqlığı müharibədən sonra viran qalmış Almaniyada keçib. Anası ilə səfalət və aclıq içində yaşayıb. 19 yaşında olanda ingilis dilini öyrənmək məqsədilə Londona gedib. Londonda ingilis rejissor onu “San-Tropeyə aparan yol” filminin çəkilişlərinə dəvət edir. Adıçəkilən qısametrajlı film Udo Kirin kinoda debütü olur. İlk əlamətdar rolu Avstriya istehsalı olan “Şeyanın möhürü” (1970) filmində oynadığı rol olur. Sonradan Avropanın müxtəlif ölkələrində, o cümlədən Fransa, İtaliya, Avstriya, Böyük Britaniya, Almaniya və sair müştərək kino layihələrinə dəvət olunub. 1973-cü ildə Udonun karyerasında dönüş nöqtəsi sayılan Pol Morrissi ilə görüşü baş tutur. Endi Uorholun studiyasında keçirilən görüşdən sonra Udo gənc Frankenşteyn roluna dəvət olunur. Daha sonra isə “Drakula üçün qan” (1974) filmində gənc qraf Drakula rolunu oynayır. Həmin iki film, aktyorun vizit kartına çevrilir. 1980-ci illərdə macar rejissor Bodi Qaborla birgə işləyib. Ən uğurlu filmi elə mərkəzi rola çəkildiyi Qaborun “Narsis və Psixeya” filmi sayılır. 1987-ci ildən bəri dostu Lars Fon Trierin bütün filmlərinə çəkilib. 1991-ci ildən etibarən ABŞ-ın Los-Anceles şəhərinin Pal-Sprinqs rayonunda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Udo_Kier

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç