Nadina Vrits

Nadina Vrits

Aktrisa, müğənni, gitaraçı

BİOQRAFİYA

Nadina Vrits 27 yanvar 1975-ci ildə Qərbi Berlində anadan olub. 15 yaşında olanda müstəqil şəkildə gitarada ifanı öyrənib, mahnılar bəstələməyə başlayıb. Orta məktəb illərində öz musiqi qrupunu yaradıb, sonradan solo ifaçı olub. 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Vrits caz gitaraçı Pelao ilə birlikdə duet yaradıb. Birlikdə yerli bar və restoranlarda çıxışlar ediblər. Təxminən elə həmin ərəfələrdə öz aktyorluq karyerasına qədəm qoyub: Berlinin teatrlarından birində səhnəyə çııxıb. 1998-ci ildə “Anya və Anton” adlı yeniyetmə serialında baş rolu oynayıb. Filmdəki rolu uğurlu olub, 10 il ərzində çəkilişlərində iştirak edib. Daha sonra “Xüsusi bölmə: Kobra”, “Xəfiyyələr”, “Cinayət yeri”, “Kriminal krossvord” və “Mənim həyatım və mən” kimi seriallarda rol alıb. 2017-ci ildə Nadinə “Andıra qalmış ürək” dramatik komediyasında Devidin anası rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/nadina_vrits/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç