Uve Proyss
Aktyor
Uve Proyss 1961-ci ildə Almaniyanın Drezden şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra istehsalat biznesi üzrə ali təhsil alıb. 1985-ci ildə Qərbi Berlinə köçüb və İncəsənət kollecinə daxil olub. Doğma şəhərinə döndükdən sonra Drezden Dövlət Teatrının aktyoru olub. 1995-ci ildən etibarən Berlin ansamblında çıxış etməyə başlayıb. 2000-ci illərin əvvəllərində kino və televiziya layihələrində iştirak etməyə başlayıb. İlk əlamətdar kino işlərindən biri rejissor Devid Vnedtin “Ekstrimist qızlar” filmində oynadığı rol olur. Daha sonra “Samuray”, “Simurq” və “Dəhşət” kimi bədii filmlərə çəkilib. 2016-cı ildə rejissor Vensan Peresin “Berlində tək” dramında kiçir rol alıb. Ekran əsəri Berlin kinofestivalının əsas konkurs proqramına daxil olub. 2017-ci ildə rejissor Mark Rotemundun “Heç nəyə baxmayaraq” komediyasında görüntülənib. Elə həmin il “Bir səma altında” adlı serial və “Andıra qalmış ürək” filminin çəkilişlərində iştirak edib. Hazırda kino və televiziya sahəsindəki fəaliyyəti ilə yanaşı Berlinin Maksim Qorki adına Teatrında çıxış edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/uve_proiss/