Mark Rotemund
Rejissor, ssenarist, prodüser
Mark Rotemund 26 avqust 1968-ci ildə anadan olub. Kinokaryerasına rejissor atasının köməkçisi olaraq başlayıb. Daha sonra “Anwalt Abel” alman teleserialının bir neçə epizodunu çəkib. 1998-ci ildə ilk tammetrajlı filmi (Das merkwürdige Verhalten geschlechtsreifer Großstädter zur Paarungszeit) işıq üzü görüb. Həmin ekran əsərinə görə “Bayerischer Filmpreis” mükafatına layiq görülüb (ən yaxşı rejissor işi nominasiyasında). 2000-ci ildə yeniyetmələrin çılğın həyatından bəhs edən “Şalvarda olan qarışqalar” komediyasını lentə alıb. Film böyük kassa uğuruna imza atıb. 1,7 milyona yaxın insan tərəfindən seyr edilib. 2005-ci ildə “Sofi Şollun son günləri” adlı bədii filmi böyük ekranlara yol tapıb. Sözügedən film ən yaxşı xarici dilli bədii film nominasiyasında “Oskar” mükafatına layiq görülüb. 2007-ci ildə “Seksual inqilab” adlı filmi təqdim olunub. 2017-ci ildə “Andıra qalmış ürək” adlı dramatik komediyasını lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: