Cey Mor
Aktyor
Con Ferqüson Koks (Cey) Mor 23 avqust 1970-ci ildə Nyu-Cersi ştatının Verona şəhərində (ABŞ) anadan olub. Atası icraçı direktor Con Vud, anası tibb bacısı Ayva Cin Mor olub. Conun Culiya və Virciniya adlı iki bacısı var. 1993-1995-ci illərdə “Şənbə axşamı canlı efirdə” komediya proqramının aktyor heyətinə daxil olub. 2004-cü ildə həmin verilişdə işləyən zaman eşitdikləri, gördükləri barədə memuarlarından ibarət “Gasping for Airtime: Two Years in the Trenches of Saturday Night Live” kitabı işıq üzü görüb. Eyni zamanda The Jeff Foxworthy Show proqramında çalışıb. Kinoda ilk əlamətdar rolu 1996-cı ildə ekranlara çıxan “Cerri Maquayer” filmində idman agenti Bob Şuqar rolu olub. 2001-ci ildə “Mohr Sport” şousunda iştirak edib. 2003-2004-cü illərdə “Sonuncu Komik” realiti-şousunun aparıcı olub. Karyerası ərzində bir sıra teleseriallara çəkilib. Reklam və radio sahəsində də çalışıb. Kinoda daha çox “Ekstazi” (1999), “Cerri Maquayer” (1996), “Balaca əsgərlər” (1998), “Küçə Kralları” (2008), “İntihar Kralları” (1997) filmlərində oynadığı rollarla yadda qalıb. 29 dekabr 2006-cı ildə aktrisa Nikki Koksla ailə qurub. İki il sonra Meredit Deniel Mor adlı övladları dünyaya gəlib. Cütlük 2018-ci ildə rəsmi olaraq boşanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9