Luis Mandoki

Luis Mandoki

Rejissor

BİOQRAFİYA

Luis Mandoki 17 avqust 1954-cü ildə Meksikada anadan olub. Ali təhsilini ABŞ və İngiltərədə alıb; San-Fransisko İncəsənət İnstitutunda, ardınca isə London Beynəlxalq Kino Məktəbi və London İncəsənət Məktəbində oxuyub. Rejissor debütünü elə Londonda gerçəkləşdirib. 16 mm kamera ilə “Susqun musiqi” adlı ilk filmini lentə alıb. Daha sonra çəkdiyi “Sirr” bədii filmi 1980-ci ildə “Ariel” mükafatına layiq görülüb. 1981-ci ildə Meksikanın dövlət kino şirkətinin sifarişi əsasında “Karlos Mantonun Qisası” adlı filmi ərsəyə gətirib. Çox keçmədən A. Çeremlə birlikdə şəxsi kinoşirkətini yaradaraq, “Motel” adlı filmə ilk dəfə olaraq prodüserlik edib. Film həm psixoloji detektiv həm də sevgi dramı elementlərini özündə birləşdirir. Tənqidçilər tərəfində yüksək qiymətləndirilib. Gələcəyə böyük ümidləri olan rejissor taleyini amerika kinosunda sınamağa qərar verib və ilk “sınaq dovşanı” “Qabi-həqiqi hekayə” adlı filmi olur. “Kolambiya” adı ilə prokatlara çıxan filmin titrlarındə həm rejissor, həm də ssenarist və prodüser olaraq təqdim olunub. Daha sonra alkoqolizm problemi zəminində dağılan ailənin hekayəsini danışan “Kişilər Qadınları Sevərkən” (1994) dramını çəkib. Uğurlu mövzu seçimi filmi tənqidçilər və tamaşaçılar arasında sevdirə bilib. Ekran əsəri prokatlardan 40 milyon dollara yaxın gəlir götürüb. Mandoki bundan başqa “Şüşə qabda məktub” (1999) və “Mələyin gözləri” (2001) filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.e-reading.club/chapter.php/1027667/101/Rezhisserskaya_enciklopediya._Kino_SShA.html

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç