Zümrüd Qasımova

Zümrüd Qasımova

Zümrüd Bəxtiyar qızı Qasımova - azərbaycanlı aktrisa, aparıcı.

BİOQRAFİYA

Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr ve Kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışmağa başlayıb. 15-dən çox qısametrajlı filmdə çəkilib. Kinoda ən böyük işi Şamil Nəcəfzadənin Qala filmi olmuşdur. Bundan başqa "Baki-FILM"in istehsal etdiyi çoxseriyali "Qızlar" serialında baş rollardan birini ifa etmişdir.

Televiziya karyerasına 2003-cu ildə "Space" telekanalında başlayıb. 2007-ci ildən isə ANS televiziyasında yayımlananan "Gecə yarı" verilişinin aparıcısı olmuşdur. 2014-cü ildə Kanal-S-in layihəsi olan "Gəlin, danışaq" verilişinin 100-cü sayından başlayaraq aparıcısı olmuşdur.

2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub. Ailəlidir.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç