Albert Hyuz
Rejissor, ssenarist, prodüser
Albert Hyüz – amerikalı rejissor, ssenarist və prodüserdir. 1 aprel 1972-ci ildə anadan olub. Əkiz qardaşı Allen Hyüzla birlikdə böyük kinoya “Menace 2 Society” (Cəmiyyətə Təhdid) filmi ilə ayaq basıb. Film gettoda qalan qaradərililərin həyatından bəhs edir. Filmin premyerası 1993-cü ildə Kann Festivalında baş tutub. Filmi kinotənqidçiləri yüksək qiymətləndirib, ekran əsəri həmin il istehsal olunan ən yaxşı filmlərin onluğuna daxil edilib. “Cəmiyyətə Təhdidin” filminin ideyası əkiz qardaşlarda 14 yaşında olanda peyda olub. 3 milyon dollar büdcəli film kinoteatrlardan 30 milyondan çox gəlir gətirib. “American Pimp” adlı sənədli lentləri 1999-cu ildə Sandens kino festivalında təqdim olunub. 2001-ci ildə Hyüz qardaşları Cek-Öldürücü haqqında “Cəhənnəmdən gələn” adlı trilleri çəkir. 2018-ci ildə Albert Hyüzun “Alfa” adlı macəra filmi ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/director/hollywood/64056/bio/