Ceyms Uaylder

Ceyms Uaylder

Aktyor, prodüser

BİOQRAFİYA

Ceyms Uaylder 5 avqust 1963-cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində anadan olub. Karyerasına 13 yaşından başlayıb. Amerika və Avropanın müxtəlif klublarında yumoristik proqramla çıxış edib. 17 yaşında San-Fransisko və Oklend küçələrində fokus göstərməklə pul qazanıb. Bir müddət sonra Nyu-Yorka köçərək Actors Studio adlı məktəbdə aktyorluq sənətini öyrənib. Ceyms Uaylder başlıca olaraq teleseriallarda oynadığı rollarla məşhurdur. Şöhrəti ona “Qanun hamı üçün qanundur” (1990) miniserialında oynadığı Kristofer Sirlz rolu gətirib. Daha sonra Fox telekanalında yayımlanan “Melrouz Pleyc” serialında Rid rolunu oynayıb. 1990-cı ildə “Qanun hamı üçün qanundur” serialının əsas aktyor heyətinə qoşulub. Daha sonra “'Naked Hollywood” sənədli filminə özü kimi çəkilib. Ardınca çəkildiyi “Route 66” serialı ona nə tamaşaçı, nə də tənqidçi rəğbəti qazandırır. Daha sonra Ceyms “Tonya və Nensi” serialında Cef Qilloli rolunu oynayıb. “Anamızın Qatili” serialında (1997) isə qəddar və zorakılığa meyilli ər obrazını yaradıb. 2006-cı ildə “İdeal  nikah”, 2007-ci ildə isə “Makbrayd: İt ehtirasları” seriallarına çəkilib. Karyerasının ən əlamətdar rolları “İlin adamı” (2002) və “Şüur oyunları” (2003) filmlərində oynadığı rollar sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.peoples.ru/art/cinema/actor/james_wilder/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç