Gilbert Qottfrid
Aktyor
Gilbert Faqnits Qottfrid 28 fevral 1955-ci ildə Bruklində anadan olub. İlk dəfə stendap komediyaçı olaraq özünü 15 yaşında Nyu-Yorkun klublarında sınaqdan keçirib. 1980-ci ildə ilk dəfə “Şənbə axşamı canlı efirdə” komediya proqramının aktyor heyətinə qatılıb. 10 buraxılışda müxtəlif komediya rollarını oynayıb; siyasətçi biznesmen Devid Strokman və rejissor Roman Polanskini təqlid edib. 1984-cü ildə ilk dəfə olaraq böyük ekranlarda görüntülənib. Debütü 1992-ci ildə çıxan “Tanrının evi” filmində baş tutub. Səsləndirmə aktyoru olaraq isə debütünü “Ələddin” cizgi filmində “Yaqo” adlı tutuquşunu səsləndirməklə gerçəkləşdirib. Qottfrid özü də səsləndirmə və dublyaj karyerasının məhz Yaqo personajı ilə başladığını etiraf edib. “Bu mənim üçün bir dönüş nöqtəsi idi. Yaqo üzərində gördüyüm iş mənim şöhrətə aparan qapılarımı açdı”. Eyni zamanda “Çətin Uşaq” franşizasından olan filmlərdə oynadığı rolla tanınır. Gur ciyiltili səsi ilə seçilir, bu cəhətinə görə mütəmadi olaraq müxtəlif personajları səsləndirir. Şəxsi həyatına gəlincə 1990-cı illərin sonlarında musiqi prodüseri Dara Kravitslə tanış olub. 2007-ci ildə cütlük ailə qurub. Onların 2007–ci il təvəllüdlü qızı və 2009-cu il təvəllüdlü oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%82%D1%82%D1%84%D1%80%D0%B8%D0%B4,_%D0%93%D0%B8%D0%BB%D0%B1%D0%B5%D1%80%D1%82