İviann Şvan

İviann Şvan

Aktrisa

BİOQRAFİYA

İviann Şvan – amerikalı aktrisa, müğənni və modeldir. Uşaqlığında “Valideynlər” (1989) filmində Petti Haffner və “Çətin Uşaq 2” komediyasında Triksi rolu ilə məşhurlaşıb. Həmin vaxtdan bəri kinoya çəkilməyib. Daha çox reklamlara çəkilir, İviann səhnə adı ilə musiqi albomları buraxır. “34-cü küçədəki möcüzə” və “Musiqi səsi” tamaşalarında səhnəyə çıxıb. Son bir neçə il ərzində qəzet və jurnallar üçün modellik edir. Musiqi karyerasında ən böyük nailiyyəti “Sietl Supersoniksin” ev oyunundan əvvəl mövsümün açılışı üçün ABŞ dövlət himnini oxuması olub. “Daisies” adlı debüt albomunu 2000-ci ildə buraxıb. “Gənc aktyor” mükafatına beş nominasiyası olub. 2012-ci ildə ana olduğunu elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B2%D0%B0%D0%BD,_%D0%98%D0%B2%D0%B8%D0%B0%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç