Tom Klensi
Yazıçı
Tomas Leo Klensi (Tom Klensi) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanıb və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır. Yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışır. ABŞ və SSSR-i arasındakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib. Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olub. 1970-ci ildə ailə həyatı qurub. 1998-ci ildə arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra islamı müdafiə edib. O, həm də İraq müharibəsinə qarşı çıxıb. O, 1 oktyabr 2013-cü ildə ABŞ-ın Baltimor şəhərinin xəstəxanalarından birində 66 yaşında vəfat edib. "Qırmızı Oktyabra ov" (The hunt for Red October) - Tom Klensinin ilk romanıdır. ABŞ və SSRİ arasında olan soyuq müharibədən bəhs olunur. 1990-cı ildə romanın əsasında bədii film çəkilib. Filmdə baş rolları Şon Konneri və Alek Bolduin ifa edib. Əsərlərinə sırasına "Qırmızı tufan qalxır" (Red Storm rising), "Vətənpərvərlərin oyunu" (Patriot games), "Kreml kardinalı" (The cardinal of Kremlin), "Prezidentin əmri" (Executive orders), "Qırmızı dovşan" (Red rabbit), "Pələngin dişləri" (The teeth of the tiger) daxil etmək olar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tom_Klensi