Pak Çhol-min
Aktyor
Pak Çhol-min 18 yanvar 1967-ci ildə Cənubi Koreyanın Kvancu şəhərində dünyaya göz açıb. Pak Çanq-Anq Universitetinin məzunudur. Universitetdə ali təhsil aldığı illərdə, tələbə teatrının üzvü olub. 1988-ci ildə universiteti bitirərək, “Hençjan” teatr truppasının aktyor sıralarına qoşulub. Həmin teatrın tərkibində 6 il səhnəyə çıxıb. 2000-ci ildə rejissor Şim Qvan-Cinin “Sevgi şedevri” filmində debüt edib. Daha sonra “De ki, səni sevirəm”, “Ölümsüz admiral Li Sun-sin” və “Bahar günləri” kimi seriallara çəkilib. Qısa müddətə koreyanın ən istedadlı və tələb olunan aktyorlarından birinə çevrilib. 2014-cü ildə “Başqa ailə” filmində baş rola çəkilib. 2017-ci ildə “Yaramaz qadın” döyüş filmində ikinci dərəcəli rol alıb. Bundan başqa Pak “Təkrar istintaq”, “Mən danışa bilirəm”, “Hazırlıq” və “Sui-qəsd: Üsyan əsri” filmlərinə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/pak_chholmin/