Yu Sın-ho
Aktyor
Yu Sın-ho 17 avqust 1993-cü ildə Cənubi Koreyada anadan olub. Gənc aktyor doramın baş personajlarını oynayır. Böyük kinoda da müəyyən ölçüdə öz sözünü demiş aktyordur. Müxtəlif janr və profillərdə oynaya bilir. Tamaşaçı onu gah səbzxət, gülərüz yeniyetmə, gah psixopat və soyuqqanlı qatil, gah zalım hökmdar, gahda depresiyaya qapılmış gənc obrazında görə bilər. Uşaqlığı səfalət içində keçib. Verdiyi müsahibələrin birində valideynlərinin “yol kənarında əyləşib, acından ölən” insanlar kimi qələmə verib. Özündən böyük bacısı var. Yu uşaqlığından bəri anasına bağlı olub. Bu bağlılığı və ana sevgisini indəyə kimi qoruyub saxlayıb. Məşhur olmasına rəğmən, tez-tez anasına baş çəkərək, onun bişirdiyi xörəklərdən yeyir. Səfalət içində yaşasalar da anasının hər zaman ona dayaq olduğunu əmin edir. Ailənin maddi durumu Yunun altı yaşı tamam olandan sonra yaxşılaşıb. O müstəqil şəkildə pul qazanmağa başlayıb. Mobil telefon istehsal edən yerli holdinqlərdən biri reklam çarxları üçün yeni sima axtarışına çıxıb. Anası oğlunun fotoşəklini kastinqlərə göndərir və onu çox keçmədən uşaq modeli olaraq reklama çəkirlər. Onun yaraşıqlı siması kinematoqrafların da diqqətindən kənarda qalmır. İlk dəfə olaraq 9 yaşında mavi ekranlarda görüntülənib. “Daddy Fish” mini serialının bir neçə epizodunda mərkəzi rollardan biri ona nəsib olub. Daha sonra kifayət qədər populyar olan yerli sabun operalarına uşaq rollarına çəkilib. 2002-ci ildə evə aparan yol” filmində oynadığı rolla məşhurlaşıb. Yu həyatının ikinci yarısını hələ ki tapmadığını bildirir. Aktyor şəxsi həyatı barədə mətbuata açıqlama verməyi sevmir. 2011-ci ildə “Koreyanın ən cazibədar kişiləri” siyahısında 13 yerdə göstərilib. Onun üzündə plastik əməliyyatın aparıldığı ilə bağlı iddialar dolansa da, bunu təsdiq edəcək hər hansı sübut yoxdur. Hər halda simasında baş verən dəyişiklik həqiqətən nəzərəçarpan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://24smi.org/celebrity/59381-iu-syn-kho.html