Mun So-ri
Aktrisa
Mun So-ri 2 iyul 1974-cü ildə Cənubi Koreyanın Pusan şəhərində anadan olub. Böyük kinoda debütünü “Nanəli konfet” filmində edib. Aktrisa ölkəsində “birinci məhəbbət” ifadəsi ilə assosasiya olunur. Ona həmçinin xaricdən yumşaq, daxildən sərt ifadəsini də şamil etmək olar. Utancaq və fağır siması olsa da, əslində olduqca rasional və kompleksiz, dəmir iradəli qadındır. “Nanəli konfet” filmindən sonra müxtəlif qısametrajlı filmlərə çəkilib, həmçinin bir neçə müstəqil kino festivalında aparıcı olub. Aktrisalıqdan savayı cizgi filmlərində müxtəlif personajların səsləndirilməsi ilə də məşğul olur. “Oasis” filmində ona verilən rola mükəmməl səviyyədə adaptasiya olunmaq üçün ay ərzində əlillərlə görüşüb, onların hekayələri və hissləri ilə tanış olub.
Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
http://dorama.me/tags/%D0%9C%D1%83%D0%BD+%D0%A1%D0%BE+%D0%A0%D0%B8/