Kris Odonell

Kris Odonell

Aktyor

BİOQRAFİYA

Kristofer Yucin “Kris” Odonell 1970-ci ildə Uinnetke şəhərində (ABŞ, İllinoys ştatı) anadan olub. Anası Culi Enn Ros fo Brext, atası Uilyam Çarlz Odonnelldir, WBBM-AM və CBS radiostansiyalarının baş meneceridir. Aktyor irland və alman əsillidir. Ailənin sonbeşiyidir, dörd bacısı, iki qardaşı var. Dindar ailədə böyüyüb, roma katolik kilsə məktəbində ibtidai təhsil alıb. Orta məktəbi Loyola Academy məktəbində oxuyub. 1995-ci ildə marketoloq ixtisası üzrə bakalavr dərəcəsi ilə Boston Kollecini bitirib. 13 yaşında olanda model biznesinə baş vurub, müxtəlif reklam çarxlarına, o cümlədən "McDonald’s"ın reklamlarına çəkilməyə başlayıb (sözügedən reklamların birində restorana gəlmiş Maykl Cordana xidmət edir). Kris Odonnell ibtidai sinif müəlliməsi Kerolayn Fentresslə evlidir. Cütlüyün 5 övladı – 2 qızı və 3 oğlu var. Odonnell mütəmadi olaraq roma katolik kilsəsinə baş çəkir. 1996-cı ildə “People” nəşrinin versiyasına görə dünyanın ən cazibədar 50 insanının siyahısına daxil edilib. 5 mart 2015-ci ildə Hollivudun Şöhrət Xiyabanında adına ulduz lövhəsi qoyulub. “Betmen” franşizasından olan iki film: “Betmen əbədidir” (1995) və “Betmen və Robin” (1997) filmlərində canlandırdığı Robin obrazı ilə məşhurlaşıb. Hazırda Odonell “Dəniz polisi: Los Anceles” serialına çəkilir. Serialda xüsusi agent Ci Kallen rolunu oynayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%E2%80%99%D0%94%D0%BE%D0%BD%D0%BD%D0%B5%D0%BB%D0%BB,_%D0%9A%D1%80%D0%B8%D1%81

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç