Boris Rıtsarev

Boris Rıtsarev

Rejissor

BİOQRAFİYA

Boris Vladimiroviç Rıtsarev 30 iyun 1930-cu ildə Moskvada anadan olub. 1950-1952-ci illərdə Şepkin adına teatr peşə məktəbinin aktyorluq şöbəsində oxuyub. 1958-ci ildə VQİK-in rejissura fakültəsini bitirib. M.Qorki adına SKDYF, “Moldova film”, “Belarusfilm” kimi kino studiyalarında çalışıb. Rejissor debütü A.A.Fadeyevin “Darmadağın” romanının ekran adaptasiyası olub. 1966-cı ildə çəkdiyi “Ələddinin sehrli çırağı” nağıl filmi ilə məşhurlaşıb. Filmin fantastik uğurundan özünü məhz kinonun bu janrına həsr edir. 25 noyabr 1995-ci ildə xərçəngdən dünyasını dəyişib. Moskvanın 4 nömrəli Miuss qəbirstanlığında dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8B%D1%86%D0%B0%D1%80%D0%B5%D0%B2,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç