Otar Kobaridze

Otar Kobaridze

Aktyor

BİOQRAFİYA

Otar Leontyeviç Koberidze 17 dekabr 1924-cü ildə Tbilisidə (Gürcüstan) anadan olub. Böyük Vətən Müharibəsi iştirakçısı olub. 1947-1949-cu illərdə Tbilisidə Hüquq İnstitutunda qiyabi ali təhsil alıb. 1948-ci ildə Tbilisidə Kinostudiyası nəzdində kinoaktyorluq məktəbini bitirib, Suxumi Dram Teatrının aktyoruna çevrilib. 1966-cı ildən Kommunist partiyasının üzvü olub. 1956-cı ildən “Qruziya-Film” studiyasının aktyoru, 1963-cü ildən rejissoru olub. 1941-ci ildə “Qara dağlarda” adlı filmdə ilk rolunu oynayıb. 1948-ci ildə “Keto və Kote” adlı kult filmində kiçik rol alıb. Sovet məkanında tanınmasına 1956-cı ildə istehsal olunan “Başi-Açuk” filmində oynadığı baş rol yol açıb. Karyerası ərzində 50-dən çox kino rolu olub. Koberidze 9 mart 2015-ci ildə Tbilisidə dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%B1%D0%B5%D1%80%D0%B8%D0%B4%D0%B7%D0%B5,_%D0%9E%D1%82%D0%B0%D1%80_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D1%82%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç