Dodo Çoqovadze

Dodo Çoqovadze

Aktrisa

BİOQRAFİYA

Çoqovadze Dodo – gürcü əsilli Sovet kinoaktrisasıdır. Dodo Çoqovadze 1951-ci ildə anadan olub. 14 yaşında olanda “Ələddinin sehirli çırağı” nağıl filmində şahzadə Budur rolunu oynayıb. Həmin rolu ona böyük şöhrət qazandırıb və karyerasının ən uğurlu roluna çevrilib. 1967-ci ildə portreti “Sovet Ekranı” jurnalının üzqabında dərc olunub, Almaniyada Demokratik Respublikasında isə onun təsvir olunduğu açıqçalar buraxılıb. Aktrisa Tbilisi Teatr İnstitutunu bitirib. Son illər Tbilisi Teatr Universitetində səhnə hərəkətləri kafedrasında ritmika fənnindən dərs deyib. Filmoqrafiyası: "Kiçik sərkərdələr" (1963), "Ələddinin sehirli çırağı" (1967), “Səmada gecə ifritələri” (1981) filmləri daxildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BE%D0%B3%D0%BE%D0%B2%D0%B0%D0%B4%D0%B7%D0%B5,_%D0%94%D0%BE%D0%B4%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç