Boris Bıstrov

Boris Bıstrov

Aktyor

BİOQRAFİYA

Boris Yevgeniyeviç Bıstrov – sovet və rusiya kino və dublyaj aktyorudur. 2001-ci ildə Rusiya Federasiyasının xalq artisti adını qazanıb. 12 fevral 1945-ci ildə SSRİ-də anadan olub. 1966-cı ildə Moskva İncəsənət Teatrının studiya məktəbini bitirib. Məzun olduqdan sonra Lenkom teatrında çalışıb. 1986-cı ildə Moskva dram teatrının üzvü olub. “Peterburq balları və ehtirasları”, “Cariyələr”, “Xəyanət”, “Sizi necə sevirdim”, “Yırtıcı qadın” kimi tamaşalarda səhnəyə çıxıb. İndiyə kimi həmin teatrın üzvüdür. 21 yaşında olanda Boris Bıstrov “Əlləddinin sehirli çırağı” nağıl filmində baş rolu oynayıb. Ələddin rolu ona böyük şöhrət gətirir. Filmin uğurundan sonra Bıstrov daha bir neçə filmə (“Zərbə zərbə ardınca”, “Sarı çantanın əhvalatı”, “TASS mütləq bildirməlidir..” və digər filmlərə) çəkilib. Ancaq həmin rollar o qədər də böyük uğur qazandırmayıb. 1970-ci ildən indiyə kimi xarici bədii filmləri dublyaj edir, cizgi filmlərində müxtəlif personajları səsləndirir. “Simpsonlar” və “Futurama” cizgi seriallarında müxtəlif kişi rollarını dublyaj edib. Üç dəfə evli olub. Birinci həyat yoldaşı – İnna Kmit (1932-1996) olub. Həmin nikahdan Yekaterina Kmit adlı aktrisa qızı var. İkinci həyat yoldaşı keçmiş balerina və rəqqasə Tatyana Leybel olub. Üçüncü həyat yoldaşı İrina Savinadır. Həmin nikahdan Nikolay Bıstrov adlı oğlu var. Oğlu da onun kimi dublyaj aktyorudur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%8B%D1%81%D1%82%D1%80%D0%BE%D0%B2,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç