Bezil Poleduris

Bezil Poleduris

Bəstəkar

BİOQRAFİYA

Bezil Poleduris 21 avqust 1945-ci ildə ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində doğulub. Bezilə iki musiqi üslubu təsir göstərib: Bəstəkar Mikloş Rojanın yaradıcılığı və onun yunan irsi. Uşaqlığının böyük hissəsi pravoslav kilsəsində keçib. Həmin vaxt kilsə xorunun ifasına valeh olub. Yeddi yaşında olanda fortepianoda ifanı öyrənib, məktəbdən sonra Cənubi-Kaliforniya Universitetinə daxil olaraq musiqi və kino istehsalı üzrə təhsil alıb. Onun tələbəlik illərində çəkdiyi qısametrajlı filmlər indiyə kimi universitetin arxivində saxlanılıb. Həmin Universitetdə gələcəkdə sıx əməkdaşlıq edəcəyi rejissorlar Con Milius və Rendal Klayzerlə tanış olub. Orkest kompozisiyasının güclü epik üslubu və qəliz tematik tərtibatı ilə şöhrət qazanan bəstəkar daha çox “Mavi körfəz” (1980), “Konan-Barbar” (1982), “Konan-Dağıdıcı” (1984), “Qırmızı sübh” (1984), “Robokop” (1987), “Qırmızı Oktyabrın Təqibi” (1990), “Villini azad edin” (1993) və onun birinci sikveli, “Ulduz Desantı” (1997), “Oyuna olan sevgi naminə” (1999) filmlərinə yazdığı bəstələrə görə tanınıb. 1969-cu ildə ailə qurub. İki qızı var. Son illərini Vaşon adasında keçirib. 8 noyabr 2006-cı ildə 61 yaşında xərçəngdən vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BB%D0%B5%D0%B4%D1%83%D1%80%D0%B8%D1%81,_%D0%91%D1%8D%D0%B7%D0%B8%D0%BB  

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç