Saymon Uinser
Rejissor
Saymon Uinser 1943-cü ildə Sidneydə anadan olub. Peşəkar karyerasına avstraliya televiziyasında serial rejissoru olaraq başlayıb. Kinoda Saymon Uinser 1979-cu ildə “Ani şəkil” filmində debüt edib. Uinserin kino işlərinə “Harli Devidson və Kovboy Malboro” (1991), “Cek-ildırım” (1994), “Villini azad edin” (1993), “Fantom” (1996) kimi bədii filmlər daxildir. Ancaq rejissor olaraq kino sahəsində hər hansı nailiyyət əldə etmədiyindən yenidən teleseriallara geri qayıdıb. Hər halda, onun “Harli Devidson və Kovboy Marlboro” adlı bayker döyüş filmi ABŞ xaricində 90-ların kult filmlərindən birinə çevrilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: