Tia Karrere

Tia Karrere

Aktrisa, prodüser

BİOQRAFİYA

Tia Karrere 2 yanvar 1967-ci il tarixində ABŞ-ın Havay adasının paytaxtı Honolulu şəhərində Filippin, İspan və Çin əsilli ailədə anadan olub. 1986-cı ildən etibarən film və televiziya seriallarında iştirak etməyə başlayır. 1986-cı ildə "Zombi qarabasması" filmində Emi rolunu ifa edib. 1990-cı ildə Dolf Lundqren və Brendon Li ilə birgə Kiçik Tokioda mübahisə filminə çəkilir. 1992-ci ildə Elia Samaha ilə evlənir və 2000-ci ildə ayrılır. 1994-cü ildə Arnold Şvartseneqqer ilə "Yalan doğru" filmində çəkilib. Böyük Kinoda daha çox “Ueynin aləmi” (1992) filmində Kassandra, “Doğru yalan” (1994) filmində Cuno Skinner, “Lilo və Stiç” cizgi filmində Nani, “Əntiq əşya ovçusu” (1999-2002) serialında Sidni Foks rolu ilə məşhurlaşıb. 2011-ci ildə "Ən yaxı Havay Albomu" olan "Huana Ke Aloha" albomuna görə "Qremmi mükafatı"na layiq görülür. Asia Karreraya bənzərliyi vardır. 2002-ci ildə Simon Ualkelinlə ailə həyatı qurur. Ondan Bianka Ualkelin adlı övladı dünyaya gəlir. 2003-cü ildə onun fotoları "Playboy" jurnalında çıxıb. 2010-cu ildə Simon Ualkeldən ayrılır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tia_Karrere

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç