Raman Huey

Raman Huey

Rejissor, aktyor

BİOQRAFİYA

Raman Huey Şinq-Nqai – honkonqlu animator, multiplikator, rejissor və aktyordur. Daha çox “Əlahəzrət Şrek 3-cü” cizgi filmi və “Şrek” franşizasının bir sıra qısametrajlı spinoflarının rejissoru kimi tanınır. 1963-cü ildə Honkonqda anadan olub. Atasız böyüyüb. İki qadaşı var. Uşaqlığından bəri rəssamlığa həvəsi olub. 1984-cü ildə Honkonq Politexnik Universitetini bitirib. Məzun olduqdan sonra Quantum Studios şirkətində rəssam-multiplikator işləməyə başlayıb. 1989-cu ildə kanadaya köçərək, reklam çarxlarının yaradılması ilə məşğul olub. Paralel olaraq Pacific Data Images şirkətində animator vəzifəsinə işə düzəlib. “Əlahəzrət Şrek 3-cü” və “Şrek: Bədheybətlər” kimi animasiyaların rejissoru olub. 2015-ci ildə “Bədheybət ovu” filminə rejissorluq edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%83%D1%8D%D0%B9,_%D0%A0%D0%B5%D0%B9%D0%BC%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç