Mayk Mayers

Mayk Mayers

Aktyor

BİOQRAFİYA

Maykl Con “Mayk” Mayers 25 may 1963-cü ildə Kanadanın Ontario bölgəsində anadan olub. İngilis, şotland və irland əsillidir. 9 yaşında olanda ilk dəfə reklama çəkilib. 1982-ci ildə “Stephen Leacock High School” orta məktəbini bitirib. Sonra Toronto komediya truppasına qoşulub. 1980-ci illərin əvvəlində Mayers “Şəhər hüdudları” adlı alternativ video şouda çıxış edib. 1985-ci ildə Londonda “Komediya piştaxtası”nın aparıcı aktyorlarından olub. Növbəti il "Wide Awake Club" uşaq verilişində çıxış edib. 1997-ci ildə “Ostin Pauers” komediya franşizasının “Beynəlxalq, müəmmalı adam” adlı ilk epizodunda baş rol alıb. 1999-cu ildə ilk ciddi roluna çəkilib ("Studiya 54"). Karyerasına öz damğasını vurmuş Şrek rolu ona hadisələrin gözlənilməz inkişafı nəticəsində nəsib olub. Cizgi filmində baş personajı əvvəlcə Kris Farli səsləndirməli olub. Ancaq 1997-ci ildə onun qəfil ölümündən sonra cizgi filminin yaradıcıları Mayk Mayersə müraciət edib. 2009-cu ildə “Seks-quru” filmində oynadığı rola görə "Ən pis aktyor" nominasiyasında “Qızıl moruq” anti-mükafatı ilə təltif olunub. Daha çox “Ueynin aləmi” filmində Ueyn Kempbell, “Ostin Pauers” komedik casus trilogiyasında Ostin Pauers və Doktor Şər rolları ilə məşhurlaşıb. Mayersin valideynləri əslən Liverpuldandır. İki dəfə evli olub. 1993-2008-ci illərdə Robin Ruzanla evli olub. 2010-c ildə Kelli Tisdeyllə izdivaca daxil olub. Birgə nikahdan onları üç övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mike_Myers

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç