Toyqar İşıklı
Bəstəkar
Toyqar İşıklı 16 aprel 1974-cü ildə Türkiyədə anadan olub. Gölcük Barbaros Hayrettin orta məktəbini bitirib. Daha sonra İstanbula köçərək, Marmara Universitetində vokal sənəti üzrə bakalavr dərəcəsi əldə edib. Musiqi təhsilini davam etdirən İşıklı, İstanbul Texniki Universitetində kompozisiya üzrə magistr pilləsinə yüksəlib. Daha sonra Berklee Musiqi Kollecində kino bəstəkarlığı ixtisası üzrə təhsil alıb. Təhsil aldığı müddətdə Həsən Uçarsu, Kamran İnce, Piter Snepper, Devid Osbon, Şehvar Beşiroğlu və digər tanınmış musiqiçi və professorlarla əməkdaşlıq edib. Musiqisində türk estradası ilə qərb musiqisinin unikal sintezinə üstünlük verir. Azərbaycan tamaşaçısı onu daha çox 2008-2009-cu illərdə olduqca populyar olan “Yaprak Dökümü”, "Kara Sevda" seriallarının bəstəkarı kimi tanıyır. Son illər “Bi küçük Eylül Meselesi” (2014), “Çukur” (2017-2018), “İçerde” (2016-2017), “Son” (2012) film və seriallarının bəstəkarı kimi gündəmdə olub.
Ətrafllı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Toygar_I%C5%9F%C4%B1kl%C4%B1