Aras Bulut İynemli

Aras Bulut İynemli

Aktyor

BİOQRAFİYA

Aras Bulut İynemli 25 avqust 1990-cı ildə İstanbulda anadan olub. Litseyi bitirdikdən sonra İstanbul Texniki Universitetinə daxil olub. 5 il ali təhsil aldıqdan sonra mülki aviasiya sahəsi üzrə bakalavr diplomu əldə edib. İlk mərkəzi rolunu 16 yaşında olanda “Qayıdış xiyabanı” serialında oynayıb. Ona şöhrət gətirən lent “Öyle geçər zaman ki” serialı olub. Həmin rola görə “Antalya Televizyon Ödülleri” mükafatına (ən yaxşı ikinci plan aktyoru nominasiyasında) layiq görülüb. Həmin serialın uğurundan sonra daha ciddi rollara dəvət olunmağa başlayıb. Türkiyənin ən məşhur serialı olan “Möhtəşəm Yüz İl” tarixi dramının dördüncü mövsümündə Şahzadə Bəyazid rolunu oynayıb. 2016-cı ildə populyar kriminal teledram “İçəridə” serialının çəkiliş heyətinə qatılır, mərkəzi rollardan birini oynayıb. 2017-ci ildə “Çuxur” adlı serialda baş rolu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%B9%D0%BD%D0%B5%D0%BC%D0%BB%D0%B8,_%D0%90%D1%80%D0%B0%D1%81_%D0%91%D1%83%D0%BB%D1%83%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç