Annabell Stivenson

Annabell Stivenson

Aktrisa, prodüser

BİOQRAFİYA

Annabell Melrouz Stivenson 12 aprel 1988-ci ildə İngiltərənin London şəhərində anadan olub. Dünyaya gəlməsindən qısa müddət sonra ailəsi Kvinslend ştatının cənub-şərqində yerləşən Qold-Kost şəhərinə köçüb. Bütün uşaqlığı və cavanlığını Avstraliyanın Qızıl qumlu sahillərində keçirib. Uşaq yaşlarından rəqs, musiqi ilə məşğul olub, məktəb tamaşalarında iştirak edib. Aktrisa karyerasına 2006-cı ildə “H2O: Sadəcə su əlavə et” yeniyetmə serialına çəkilməklə başlayıb. Serialda aktrisa baş antoqonist obrazı olan Miriam Kenti oynayıb. Ancaq rol onun karyerasında sıçrayışa səbəb olmayıb və mövsümün başa çatmasından sonra adi həyatına qayıdıb. Orta məktəbi bitirdikdən sonra Sidney şəhərində Milli Dram İncəsənət İnstitutuna daxil olub. Bir müddətdən sonra aktrisa öz karyerasını davam etdirib və “Xilasetmə üzrə xüsusi bölmə” və “Revanş” kimi seriallara çəkilib. Çox keçmədən Annabell Los Ancelesə köçüb və özünü həm də prodüser vəzifəsində sınayıb. İngilis dilindən başqa italyan və alman dillərində səlis danışır. “H2O: Sadəcə su əlavə et” serialında canlandırdığı Miriam Kent rolu ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/annabell_stivenson/

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç