Qreqori Levassör
Rejissor
Qreqori Levassör – fransalı rejissor və ssenaristdir. Son 16 il ərzində öz dostu ilə və həmkarı Aleksandr Aja ilə əməkdaşlıq edir. 2014-cü ildə ekranlara çıxan “Piramida” filmi onun müstəqil rejissor olaraq debütü olub. 2003-cü ildə ekranlara “Qanlı Biçin” filmi Levassör və Aja duetinə şöhrət gətirib. Sözügedən triller Toronto və Sandens kinovestivallarında geniş müzakirə obyektinə çevrilib. Filmi tənqidçilər yüksək qiymətləndirib, “Lionsgate Films” şirkəti isə çox keçmədən filmin yayım hüquqlarını satın alıb. Fransız rejissor-ssenarist duetinin məşhurlaşmasından sonra onlar Ues Kreyvenlə əməkdaşlığa başlayıb və birlikdə “Dağların da gözləri var” filminin yaradılmasında iştirak edib. Daha sonra Levassör “Foks” kinoşirkəti üçün “Güzgü” fantastik trillerinin yaradılması üzərində çalışıb. Kifer Sazerlendin baş rola çəkildiyi film Rumıniyada lentə alınıb. Daha sonra Aleksandr Ajla birlikdə “Pirani 3D” filminə prodüserlik edib. Son filmlərindən biri Elayca Vudun baş rola çəkildiyi “Manyak” trilleridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/12953#ixzz5Wkf5aQPO