Ceyms Bakli

Ceyms Bakli

Aktyor

BİOQRAFİYA

Ceyms Bakli – britaniyalı kinoaktyor, musiqiçi, stendap-komiki və videoblogerdir. Ceyms Bakli (James Buckley) məktəb yaşlarından səhnəyə çıxıb. 7 yaşında olanda bazar günü oynanılan tamaşalarda iştirak edib. 11 yaşında olanda “Səfillər” və “Küləkdə fit çalmaq” kimi musiqili tamaşalarda baş rolları oynayıb. 12 yaşında televiziyada epizodik rolla debütünü gerçəkləşdirib. 2016-cı ildə YouTube-da öz məşhur videobloqunu yaradıb. 2 il ərzində 250 mindən çox insan kanalına abunə olub. Aktyor keçmiş şotland modeli Kler Miklə evlidir. Cütlük 2 uşaq böyüdür. Baklinin qatıldığı ilk layihələr “Xalis İngilis Qətli” və “Qırmızı Cırtdan” serialları olub. “Holbi Siti” tibbi serialında ikinci dərəcəli rol alıb.  2007-ci ildə Ceyms “Südəmərlər” serialında Saymon roluna çəkilib. 2011-ci ildə “Yaşı Ötmüşlər” tammetrajlı komediyasında rol alıb. 2016-cı ildə “Pop-ulduz: Dayanma, təslim olma” filmində rol alıb. 2018-ci ildə “Halım pisdir” sitkomunda baş rollardan birini ifa edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/james_buckley/  

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç