Denis Oher
Aktyor
Denis Patrik Şeymus Oher 17 yanvar 1962-ci ildə ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində anadan olub. Uşaqlığı Detroyt yaxınlığında keçib. 15 yaşında olanda valideynləri ilə Blumfild-Hillzə köçüb. Denisin babası 1920-ci ildə İrlandiyadan ABŞ-a mühacirət edib. İrland əsillidir, ABŞ-la yanaşı İrlandiya pasportuna malikdir. Anası Marqaret Karen musiqiçi olub. Aktyorun Pamela, Patrisiya və Ketlin adlı bacıları, Maykl adlı qardaşı var. Şagird olduğu illərdə məktəbin xorunda çıxış edib, 1974-cü ildə dinləmələrdən keçərək, “Show Boat” müzikl tamaşasında kiçik musiqili rol alıb. 1980-ci ildə Oher Detroit şəhərini tərk edib və teatr sənətini öyrənmək üçün Çikaqoya köçüb. Şimal-Qərbi Universitetin məzunudur. 1990-cı illərin birinci yarısında “Barrou” qrupu ilə sıx əməkdaşlıq edib. Daha çox “Xalis qan” (2010-2012) teleserialında oynadığı Rassel Edcinqton rolu ilə tanınır. Məşhurlaşmasına eyni zamanda “Amerikanın qorxu tarixi” (2011-2016) antologiya teleserialı təkan verib. 2003-cü ildə “Məni buralardan apar” pyesində ifa etdiyi rola görə, ən yaxşı ikinci dərəcəli aktyor nominasiyasında “Toni” mükafatı laureatı olub. Şəxsi həyatına gəlincə, homoseksual olduğunu mətbuatdan gizlətmir. 2012-ci ildə eynicinsdən olan həyat yoldaşı ilə birgə Deklan adlı uşağı övladlığa götürüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Denis_O%27Hare