Əli Abbas Zəfər
Rejissor, ssenarist
Əli Abbas Zəfər – hindistanlı rejissor və ssenaristdir. Debüt işi olan “Mere Borther Ki Dulhan” (2011) romantik komediyası ilə məşhurlaşıb. 2014-cü ildə isə böyük kassa uğuruna imza atan “Qanundan Kənar” (2014) filmini lentə alıb. 2016-cı ildə çəkdiyi “Sultan” adlı idman dramı onu beynəlxalq miqyasda tanınan rejissora çevirib. Əli Abbas Zəfər karyerasına rejissor köməkçisi olaraq başlayıb. 17 yanvar 1982-ci ildə Hindistanın Dehradun şəhərində anadan olub. Karyerası ərzində 9 filmə rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: