Viktor Banerci

Viktor Banerci

Aktyor

BİOQRAFİYA

Viktor Banerci – hindistanlı aktyordur. İngilis, hind, benqal və assam dilli filmlərdə müxtəlif rollara çəkilib. Roman Polanski, Ceyz Ayvori, Ser Devid Lin, Cerri London, Ronald Nim, Mrinal Sen, Şyam Beneqal, Müntəzir Rəhman Əkbər və Ram Qopal Varma kimi rejissorlarla əməkdaşlıq edib. 15 oktyabr 1946-cı ildə Hindistanda anadan olub. St.Edmund Məktəbində oxuyub. Daha sonra Sent Xavyev Kollecində (Kəlküttə) İngilis ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Ali təhsilini Cadavpur Universitetində davam etdirib. Böyük ekranlarda debütünü “Şahmatçılar” filmində edib. 1978-ci ildə Hullabaloo Over Georgie and Bonnie's Pictures televiziya filmində “Corc” rolunu oynayıb. Kinoda daha çox “Hindistana səfər” (1984), “Acı Ay” (1992), “Qanundan Kənar” (2014), “Qeyri-azad” (2014) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 89 bədii film və seriala çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0051856/ 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç