Arcun Kapur
Aktyor, prodüser
Arcun Kapur 26 iyun 1985-ci ildə Bombey şəhərində tanınmış prodüser Boni Kapur və onun həyat yoldaşı Mona Şuri Kapurun ailəsində dünyaya göz açıb. Prodüser Surinder Kapurun nəvəsidir. Anşulu adlı bacısı var. Arcun “Arya Vidya Mandir” məktəbində oxuyub. İmtahandan kəsildikdən sonra orta təhsilini yarımçıq qoyub. Erkən yeniyetməlik çağlarında artıq çəkidən əziyyət çəkib, 140 kiloqrama yaxın çəkisi olub. Kinoindustriyaya rejissor köməkçisi olaraq baş vurub. Bu vəzifədə “Sabah gələcək ya yo yox” filmində debüt edib. Daha sonra “Salam, məhəbbəttim” adlı filmin çəkilişlərində iştirak edib. Həmçinin atasının prodüseri olduğu iki filmdə icraçı prodüser vəzifəsini yerinə yetirib. 2012-ci ildə aktyor debütünü edərək, Həbib Feysəlin “Sevgi qiyamçıları” filminə baş rola çəkilib. Film qısa müddət ərzində Bollivudun super-hitinə çevrilib. Kapurun qəhrəmanı düşmən ailənin qızını yoldan çıxarmağa çalışan şovinist yaramazdır. 2014-cü ilin əvvəlində Ranvir Sinqh və Priyanka Çopra ilə “Qanundan Kənar” filminə baş rola çəkilib. Film böyük kommersiya uğuruna imza atıb. 2015-ci ildə ingilis dilli “Fenninin axtarışında” adlı filmdə rol alıb. Eyni zamanda “Aqralı xilasedici” filmində yaraşıqlı dələduz Pintu rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BF%D1%83%D1%80,_%D0%90%D1%80%D0%B4%D0%B6%D1%83%D0%BD